Paraqvaylı futbolçu Azərbaycan Premyer Liqasında oynayacaq
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.
Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çezena” və “Pavia”, İspaniyanın “Alaves”, Azərbaycanda isə “İnter”, “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.