Yeni dünya reytinqi: "Qarabağ" postsovet məkanında liderdir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, 402 komandanın yer aldığı siyahıya Azərbaycanın 2 təmsilçisi düşüb.
Ötən ay 70-ci olan “Qarabağ” 9 pillə irəliləyərək 61-ci yerə yüksəlib. Qurban Qurbanovun komandasının aktivində 164,75 xal var.
“Neftçi” isə 20 pillə irəliləyib. “Ağ-qaralar” 60,75 xalla 398-ci yerdən 378-ci pilləyə qalxıblar.
Reytinqə İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (385 xal) başçılıq edir.
İspaniya təmsilçisi “Real” (313 xal) ikincidirsə, İtaliyanın “İnter” (307 xal) kollektivi üçüncü yerdədir.
Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstərici ilə liderdir.
Ağdam təmsilçisini 103-cü pilləyə düşən Ukraynanın “Şaxtyor” klubu izləyir. “Köhlən atlar" postsovet məkanı klubları arasında isə “100-lüy”ə düşən yeganə komandadır.
Reytinqdəki digər təmsilçimiz “Neftçi” 17-cidir.
Postsovet məkanı klublarının ilk “10-luğ”u
1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 164,75 xal
2 (103). “Şaxtyor” (Donetsk, Ukrayna) – 132,5
3 (190). “Şerif” (Moldova) - 90,5
4 (207). “Zarya” (Ukrayna) – 85,5
5 (213). “Pünik” (Ermənistan) – 84,5
6 (221). RFS (Latviya) – 83,5
7 (226). “Riqa” (Latviya) – 82,5
8 (238). “Dnepr-1” (Ukrayna) - 79,25
9 (283). “Panevejis” (Litva) – 70
10 (301). “Urartu” (Ermənistan) - 68