Ağayev Rumıniya və Almaniya klublarının oyununu idarə edəcək
Beynəlxalq dərəcəli hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
mediasport.az xəbər verir ki, həmyerlimiz bu gün CEV kubokunun 1/16 final mərhələsinin matçını idarə edəcək.
Fuad Ağayev kişi voleybolçular arasında “Dinamo” (Buxarest, Rumıniya) – “Lünenburq” (Almaniya) qarşılaşmasının baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Huseynoviç yerinə yetirəcək.