Gənclərdən ibarət yığmamız növbəti dəfə "quru hesabla" uduzub
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə qarşılaşıb.
Millimiz bu dəfə də "quru hesabla" məğlub olub - 0:3 (9:25, 8:25, 13:25)
Yığma ötən gün meydan sahibi Latviyaya da eyni hesabla uduzmuşdu.
Noyabrın 26-dək davam edəcək çempionatda digər rəqiblərimiz Gürcüstan, Litva, Estoniya və Polşa milliləri ilə olacaqlar.
AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.