Azərbaycanda FACİƏ: "AccessBank"ın əməkdaşı futbol oynayarkən vəfat etdi

Azərbaycanda FACİƏ: "AccessBank"ın əməkdaşı futbol oynayarkən vəfat etdi

Gəncədə həvəskar futbolda bədbəxt hadisə baş verib.

mediasport.az saytına verilən məlumata görə, "AccessBank"ın Gəncə filialının əməkdaşı futbol oynayan zaman vəfat edib.

Şəhər sakini 1983-cü il təvəllüdlü Elçin Əhmədovun səhhəti anidən pisləşib. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.