Xankəndiyə tarixi oyuna yollanmış döyüşçü, Vətən Müharibəsi iştirakçısı: "Bu, sözlə ifadə olunası deyil"

Xankəndiyə tarixi oyuna yollanmış döyüşçü, Vətən Müharibəsi iştirakçısı: "Bu, sözlə ifadə olunası deyil"

"Ali Baş Komandanımızın, qazilərimizin, şəhidlərimizin sayəsində burdayıq. Qürurvericidir ki, Azərbaycan himni Xankəndidə səslənir".

Bu sözləri Mediasport.az saytının Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın MMA döyüşçüsü, İkinci Vətən Müharibəsi iştirakçısı Tofiq Musayev deyib.

Tanınmış idmançı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşü barədə fikirlərini bölüşüb:

"Himnin səsləməsi, Prezident İlham Əliyevin burada çıxış etməsi, həm Vətən Müharibəsi iştirakçısı kimi, həm də peşəkar döyüşçu kimi - deyə bilərəm ki, bu, sözlə ifadə olunası deyil. Bu gün Azərbaycan öz torpaqlarını azad edib. Gözümüzü açandan torpaqlarımız işğal altında olub. Bu hissləri bizə yaşatdıqları üçün prezidentimizə, qazilərimizə təşəkkür edib, şəhidlərin ruhu qarşısında baş əyirik. Hər iki komandaya uğurlar arzu edirəm. Güclü kimdir, o qalib gəlsin".

Oyun saat 14:00-da başlanacaq.

Elvin