Sertan Taşkının komandası çempion "Eyüpspor"a qarşı
Bu gün Türkiyə 1-ci Liqasında 31-ci tura start veriləcək.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə 1 qarşılaşma keçiriləcək.
Azərbaycanlı millisinin futbolçusu Sertan Taşkının komandası evdə artıq çempionluğu elan etmiş və Türkiyə Superliqasına vəsiqə qazanmış "Eyüpspor"u qəbul edəcək.
Manisa təmsilçisi yarışın turnir cədvəlində 32 xalla 14-cü pillədə qərarlaşıb.
Türkiyə 1-ci Liqası. 31-ci tur
12 aprel
"Manisa BBSK" - "Eyüpspor"
"Manisa 19 Mayıs" stadionu, 21:00.