Azərbaycanın idman gimnastikası hakimi 1-ci kateqoriyaya yüksəldi

 Azərbaycanın idman gimnastikası hakimi 1-ci kateqoriyaya yüksəldi

Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva və Kristina Pravdina fərqləniblər.

Mediasport.az xəbər verir ki, onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarını uğurla başa vurublar.

Yüksək nəticə göstərən hakimlərimizdən Anjella Abdullayeva birinci, Kristina Pravdina isə ikinci kateqoriyaya yüksəlib.