Koimbrada ölkəmizi təmsil edəcək nümayəndə heyəti müəyyənləşib

  Koimbrada ölkəmizi təmsil edəcək nümayəndə heyəti müəyyənləşib

Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə "Coimbra Gym Fest" adlı beynəlxalq yarış keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirdə Karataşov Aleksey gimnast, Hüseyn-zadə Adil məşqçi, Əliyev Rahib hakim kimi ölkəmizi təmsil edəcək.

Xatırladaq ki, beynəlxalq yarış 5-7 iyul tarixlərində baş tutacaq.