"Grace of Nature" bədii gimnastika yarışı: Turnirə start verildi - FOTO

"Grace of Nature" bədii gimnastika yarışı: Turnirə start verildi - FOTO

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turnirinə start verilib.

Mediasport.az xəbər verir ki, üç gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq.

Turnirdə 26 klubdan 255 idmançı iştirak edir. Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyalarında mübarizə aparırlar.