Azərbaycan 1-ci Liqasında oynayan futbolçuya Fransadan təklif gəldi

 Azərbaycan 1-ci Liqasında oynayan futbolçuya Fransadan təklif gəldi

Azərbaycan 1-ci Liqasında yarışan “Zaqatala” klubunun futbolçusu Varren Ondo karyerasını Fransada davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, qabonlu forvard bu haqda ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, karyerasında yeni səhifənin açılacağını qeyd edib:

“Fransadan təkliflər almışam. Azərbaycanda uğurlu mövsüm keçirdim, ora mənim üçün özümü göstərə bilmək baxımından gözəl vitrin oldu. Yaxşı statistika əldə etdim. Fransa çempionatında oynamaq əla olar. İstər 3, istər 4-cü divizion olsun - fərqi yoxdur, hər biri yeni başlanğıc olacaq”.

Xatırladaq ki, 2023-cü ildən bölgə klubunda çıxış edən 21 yaşlı hücumçu 24 oyunda 7 qol vurub.