Azərbaycanın millisi Belarusda bürünc medal qazandı - MDB Oyunları

Azərbaycanın millisi Belarusda bürünc medal qazandı - MDB Oyunları

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycanın millisi Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.

mediasport.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komanda 3-cü yeri tutub.

Qrup hərəkətləri komandası çoxnövçülük proqramında buna nail olub.