Gimnastika millimiz Avropa çempionatına "bürünc"lə başlayıb
Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə gənclər mübarizəyə qoşulublar.
Fərdi mübarizədə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı uğurla çıxış edərək, final mərhələsinə yüksəlib.
İlahə topla çıxışında təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Şəms lentlə 4-cü, Gövhər halqa ilə 6-cı olub.
Fidan gürzə çıxışını 7-ci pillədə tamamlayıb və final mərhələsinə vəsiqə qazanıb.
Yekunda Azərbaycan yığması 117,400 xal toplayaraq, Avropa çempionatının bürünc medalını qazanıb.
Rumıniya (125,100) qızıl, İsrail (123,750) gümüş medala yiyələnib.
Qitə birinciliyi mayın 26-da başa çatacaq.