Qətərdəki Dünya Kubokunda ölkəmizi onlar təmsil edəcəklər
Qətərin paytaxtı Dohada keçiriləcək kişi və qadın gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, yığmamız yarışda 6 idmançı ilə təmsil olunacaq.
Dohada məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər, dayaqlı tullanma) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) mübarizə aparacaq.
Zəkəriyyə Muradlı və Əhməd Ağayev Dünya Kubokunun hakimləri sırasında yer alacaq.
Yarış aprelin 17-dən 20-dək baş keçiriləcək.