Ləman Göyüşova İtaliyada beynəlxalq tədbirdə iştirak edib

Ləman Göyüşova İtaliyada beynəlxalq tədbirdə  iştirak edib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçisi Ləman Göyüşova İtaliyanın Rimini şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə baş tutan “Young Leaders Forum” beynəlxalq tədbirdə  iştirak edib.

Mediasport.az xəbər verir ki, toplantıda gimnastika dünyasında mövcud olan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin keçirilməsində əsas məqsəd iştirakçıların forumda əldə etdikləri bilik və təcrübələri öz ölkələrində tətbiq etmələrinə yardımçı olmaqdır.