İki karateçimiz "Russia Open" beynəlxalq turnirində yarışacaq
Azərbaycanın iki karateçisi Rusiyanın Soçi şəhərində sabah keçiriləcək "Russia Open" beynəlxalq turnirində iştirak edəcək.
Mediasport.az xəbər verir ki, Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) iki gün davam edəcək yarışa məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında yollanıb.
Turnir cari ilin 15-20 dekabr aralığında Malayziyada keçiriləcək deflimpiya üzrə dünya çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.