Daha 3 taekvondoçumuzun rəqibləri müəyyənləşdi - Dünya Çempionatı
Sabah Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında daha 3 çəki dərəcəsində medalçılar müəyyənləşəcək.
mediasport.az xəbər verir ki, kişilər arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində yarışacaq idmançıların püşkatma mərasimi keçirilib.
Azərbaycan millisinin üzvü Əliəskər Əliyevin (80 kq) mundialda ilk görüşü 1/16 final mərhələsi çərçivəsində Abubakar Sumare (Seneqal) - Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı olacaq.
87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov bu mərhələdə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadın təmsilçimiz Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə görüşəcək.
Artıq 3 idmançımız DÇ-də medalsız qalıb. 58 kq-da Qaşım Maqomedov, 67 kq-da Fəridə Əzizova, 68 kq-da isə Cavad Ağayev medal qazana bilməyib. DÇ iyunun 4-də başa çatacaq.