Vasif Durarbəyli və Səfərlidən heç-heçə, Fətəliyeva uduzdu

Vasif Durarbəyli və Səfərlidən heç-heçə, Fətəliyeva uduzdu

Azərbaycan şahmatçısı Vasif Durarbəyli Sitjesdə (İspaniya) keçirilən festivalın səkkizinci turunda ukraynalı Anton Korobovla heç-heçə edib.

mediasport.az xəbər verir ki, bu nəticədən sonra o, xalını 6-ya çatdıraraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Eltac Səfərli Hindistan şahmatçısı ilə heç-heçəyə razılaşıbsa, digər təmsilçimiz Ülviyyə Fətəliyeva ispaniyalı rəqibinə məğlub olub.

Durarbəylidən yarım xal geri qalan Səfərli 28-cidir. Fətəliyeva isə 4,5 xalla 98-ci sıradadır. Lider ən yaxın izləyicilərini bir xal qabaqlayan Kirill Alekseyenkodur (FIDE).

İsveçrə sistemi üzrə keçirilən turnir 10 turdan ibarətdir.