"Kəskin və dinamik oynamaq istəmirdim" - Nicat Abasov
Kanadada keçirilən İddiaçılar Turnirinin 1-ci turunda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edən Azərbaycan şahmatçısı Nicat Abasov oyunla bağlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, qrossmeyster "sülh"ü özü üçün yaxşı nəticə hesab etdiyini deyib:
"Heç-heçə mənim üçün yaxşı nəticədir. Məqsədim rəqibi möhkəm saxlamaq idi. Bu, ilk qarşılaşmadır, kəskin və dinamik oynamaq istəmirdim".
Abasov II turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.
Turnir aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.