MOİK-ə heç bir şans verməyən "Azərreyl" Yüksək Liqanın finalında
Kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın 2-ci oyunlarına start verilib.
Mediasport.az xəbər verir ki, Yüksək Liqada ilk finalçı MOİK-lə “Azərreyl” arasında dueldə müəyyənləşib.
"Dəmiryolçular" iki gün əvvəl əldə etdikləri 3:0 hesablı qələbəni təkrarlayaraq finala vəsiqə qazanıb.
"Hərbçilər" bürünc medal uğrunda yarışacaqlar.
Digər finalçı sabah keçiriləcək "Neftçi" - "Murov Az Terminal" matçından sonra məlum olacaq.