UEFA Millətlər Liqası: Yığmamız Qəbələdə Estoniyanı sınağa çəkir

UEFA Millətlər Liqası: Yığmamız Qəbələdə Estoniyanı sınağa çəkir

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 5-ci turunda Qəbələdə Estoniyanı qəbul edəcək.

Mediasport.az xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın start fiti noyabrın 16-da, 18:00-da səslənəcək.

Qrupun digər matçında İsveç doğma azarkeşlər önündə Slovakiyanı sınağa çəkəcək.

Xatırladaq ki, millimiz qrup mərhələsində keçirdiyi 4 görüşün hamısında məğlub olub.

UEFA Millətlər Liqası. C Liqası, 1-ci qrup. 5-ci tur

18:00 Azərbaycan - Estoniya

Baş hakim: Con Biton.

Baş hakimin köməkçiləri: Daniel MakFarlan, David MakQeaçie.

Dördüncü hakim: Matthev MakDermid.

VAR: Andrev Dallas.

AVAR: Nikolas Valş.

Hakim-inspektor: Albano Janku (Albaniya).

UEFA nümayəndəsi: Eva Qajevska (Polşa).

Qəbələ şəhər stadionu.