"Necə də inanılmaz səyahət idi!"

"Necə də inanılmaz səyahət idi!"

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov "Birbaşa Bakı"nın Çempionlar Liqasında "Brno" ilə final matçından sonra X hesabında paylaşım edib.

Mediasport.az xəbər verir ki, federasiya rəsmisi Azərbaycan çempionunun turnirdə qızıl medalı qazanması haqda bunları yazıb:

"Avropa çempionları! "Birbaşa Bakı" komandası Çempionlar Liqasının finalında Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər. Biz Avropa çempionu olmaqdan qürur duyuruq! Təbriklər!"