"Real Bakı"dan darmadağın, "Odlar Yurdu" çətinliklə qələbə qazanıb

"Real Bakı"dan darmadağın, "Odlar Yurdu" çətinliklə qələbə qazanıb

Minifutbol üzrə Azərbaycan çempionatında 6-cı tura start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 4 görüş baş tutub.

Məhsuldar alınan qarşılaşmalarda qapılara ümumilikdə 43 qol vurulub.

"Real Bakı" "Siyəzən"i darmadağın edib, oyunların birində isə 12 qol qeydə alınıb.

Turun "Abşeron" - "Dirçəliş", "Birbaşa Bakı" - "Aznur", "Veteran" - "İnter", "Zirə" - "Qalaxy Bakı" matçları bu gün keçiriləcək.

Minifutbol üzrə Azərbaycan çempionatı. 6-cı tur

"Atəşgah Suraxanı" - "Dinamo Gəncə" 6:6

"Real Bakı" - "Siyəzən" 10:4

"Baku Fire" - "Sumqayıt" 3:5

"Odlar Yurdu" - "Turan" 5:4