Bakı birinciliyi başa çatdı

  Bakı birinciliyi başa çatdı

Bakı Atıcılıq Mərkəzində stend atıcılığı idman növü üzrə Bakı birinciliyi keçirilib.

Mediasport.az xəbər verir ki, 3 gün davam edən turnirdə 40-dan çox gənc iştirak edib. 

Birinciliyin qalibləri medal və diplomlarla təltif olunublar.

Dairəvi stend atıcılığı üzrə qızlar arasında keçirilən yarışın qalibləri:

1. Daniyella Ulanova

2. Cəmilə Paşayeva

3. Minayə Novruzova

Oğlanlar arasında keçirilən yarışın qalibləri:

1. Məhəmməd Teyyublu

2. Aslan Qurbanov

3. Hüseyn Mahmudov

Stend atıcılığı idman növü üzrə “Bakı Birinciliyi 2024” səngər stendi üzrə qızlar arasında keçirilən yarışın qalibləri:

1. Aylin Quliyeva

2. Nərmin Cəfərova

3. Nərmin Bədəlli

Oğlanlar arasında keçirilən yarışın qalibləri:

1. Mürtəza Novruzlu

2. Mirzə Meybullayev

3. Kamil Mədətov

Dairəvi stend qarışıq komanda yarışının qalibləri:

1. Daniyella Ulanova və Eldar Əjdərov

2. Cəmilə Paşayeva və Murad Allahverdiyev

3. Məhəmməd Teyyublu və Minayə Novruzova

Səngər stendi qarışıq komanda yarışının qalibləri:

1. Nərmin Bədəlli və Mirzə Meybullayev

2. Cəlal Məmmədov və Nərmin Cəfərova

3. Mürtəza Novruzlu və Həqiqət Cəfərova