"Fənərbağça" əfsanəsi Türkiyənin Superliqa klubundan qovuldu
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.
Mediasport.az xəbər verir ki, "Antalyaspor" rəhbərliyi uğursuz nəticələrə görə Aleks de Souza ilə yollarını ayırıb.
"Fənərbağça"nın heyətində əfsanəyə çevrilmiş sabiq futbolçuya "Trabzonspor"a 0:5 hesablı məğlubiyyəti bağışlamayıblar.
Antalya təmsilçisində braziliyalını Murat Şahinin əvəzləyəcəyi deyilir.
Xatırladaq ki, komanda 21 rəsmi matçda 9 qələbə, 3 heç-heçə və 9 məğlubiyyətlə Superliqada 21 xalla 14-cü pillədə qərarlaşıb.