Bakıda dünya çempionatı başlandı, Ermənilər gəlməkdən imtina etdilər
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimi keçirilib.
mediasport.az xəbər verir ki, 101 ölkənin arasında Ermənistan yığması yoxdur.
Bir müddət əvvəl Azərbaycana gəlməyə hazır olduqlarını bildirən Ermənistan Atıcılıq Federasiyasının rəhbərliyi digər milli komandalar kimi, lazımi viza ilə təmin olunsa da, haylar Bakıya gəlməkdən imtina ediblər.
"Baku Crystal Hall"da təşkil edilmiş açılış mərasimindən Dünya Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qril çıxış edib. O, açıqlamasında deyib ki, Ermənistan Bakıya gəlmək üçün Azərbaycandan xüsusi təminat istəyib:
“Biz idmanla məşğuluq. Siyasətə qarışmaq istəmirik. Təşkilat Komitəsi bütün ölkələrə və idmançılara eyni təminatı verib. Ermənistan isə bir az artıq təminat istəyirdi. Mən neçə ildir bu ölkəyə gəlirəm, yarışlar təşkil edirik və heç vaxt burada problemlə üzləşməmişik. Ermənistan tərəfi üçün hər zaman qapılarımızı açıq saxlayırıq. Gəlib iştirak edə bilərlər. Təşkilat Komitəsi hamı üçün eyni şəraiti yaradıb”.
Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzində keçiriləcək yarış sentyabrın 1-nə qədər davam edəcək. Mundialda 101 ölkədən 108 federasiya olmaqla 1239 ümumilikdə 1239 atlet iştirak edəcək.
Azərbaycan yarışda 31 idmançı ilə təmsil olunacaq.