Bakıda keçiriləcək "Ocaq kuboku" turnirinin təqvimi müəyyənləşdi

  Bakıda keçiriləcək "Ocaq kuboku" turnirinin təqvimi müəyyənləşdi

Bədii gimnastika üzrə "Ocaq kuboku" 3-cü beynəlxalq turnirinin təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, 10 ölkədən 350 idmançının mübarizə aparacağı yarış Milli Gimnastika Arenasında keçiriləcək.

Gimnastlar çoxnövçülük və fərdi yarışlarda yarışacaqlar. Qrup hərəkətləri üzrə komandalar da bacarıqlarını nümayiş etdirəcəklər.