Azərbaycan gimnastları beynəlxalq turniri uğurlu çıxışla başa vurdular
4-5 oktyabrda Litvanın Vilnüs şəhərində bədii gimnastika üzrə "Dalia Kutkaite Cup" adlı beynəlxalq yarış keçirilib.
Mediasport.az xəbər verir ki, Məryəm Baloğlanova gürzlərlə hərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medal qazanıb.
Azadə Atakişiyeva çoxnövçülük proqramı ilə yanaşı, halqa və toplarla hərəkətlərin icrasında gümüş medala yiyələnib.