Gimnastlarımız "bürünc"lə qayıdırlar

Gimnastlarımız "bürünc"lə qayıdırlar

Azərbaycanın bədii gimnastları Latviyanın Kekava şəhərində keçirilən "Fairy Dust' beynəlxalq turnirində bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından mediasport.az saytına verilən məlumata görə, Ləman Əhmədli böyüklər arasında, Fidan Aladinova isə gənclər arasında 3-cü yeri tutub.

Gimnastlarımız medalçılar sırasına topla hərəkətlərin icrasında düşə biliblər.