Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku-2024” davam edir.

Mediasport.az xəbər verir ki, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

Qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin aktivinə yazılıb - Yeji Kim qalib olub, Jiin Yang ikinci yerlə kifayətlənib.

Almaniyanı təmsil edən Jozefin Eder bu Dünya Kubokunda ardıcıl ikinci dəfə bürünc medal sevincini yaşayıb.

Yeri gəlmişkən, Yeji Kim 42 dəfə dəqiq atəş açmaqla bu növdə yeni dünya rekorduna imza atıb.

Finalın ən sürpriz məqamı Almaniyanı təmsil edən Doren Vennekampın yarışı növbəti dəfə medalsız başa vurması olub.

Dünya Kubokunda 3, Avropa çempionatında 3, dünya çempionatında 2 dəfə qızıl medal qazanmış atlet Bakıda uğursuzluqla üzləşib.