Daha bir idmançımız Paralimpiya Oyunlarına lisenziya qazanıb

Daha bir idmançımız Paralimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın paraatıcısı Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, paraatıcılıq üzrə milli komandamızın üzvü Aybəniz Babayeva Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.

Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.