Güllə atıcılarımız Almaniyada gümüş, Rafiq Əliyev DÇ-yə lisenziya qazandı

Güllə atıcılarımız Almaniyada gümüş, Rafiq Əliyev DÇ-yə lisenziya qazandı

Güllə atıcılğı üzrə paralampiya milli komandamız Almaniyanın Hannover şəhərində keçirilən lsenziya xarakterli Beynəlxalq turnirdə daha bir medal qazanıb.

mediasport.az xəbər verir ki, kişilərdən ibarət komanda yarışında Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyevdən ibarət komanda pnevmatik tapançadan 10 metr məsafəyə (P1) gümüş medala sahib çıxıblar.

Eyni zamanda millimizin üzvü Rafiq Əliyev yüksək nəticə göstərərək Dünya çempionatına lisenziyanı da təmin edib. 

Bu yarış 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya çempionatına lisenziya verir.