Baş katib 30 ildir AFFA-da çalışan Mustafayevlə görüşdü

Baş katib 30 ildir AFFA-da çalışan Mustafayevlə görüşdü

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşı, təsis olunduğu ilk gündən etibarən AFFA-da və Azərbaycan milli komandasında müxtəlif vəzifələrdə çalışmış, hazırda da əmək fəaliyyətini davam etdirən Ramiz Mustafayevin 70 yaşı tamam olub.

mediasport.az xəbər verir ki, baş katib Sərxan Hacıyev yubilyarla görüşüb.

Səbəbkar yubileyi və AFFA-dakı fəaliyyətinin 30 ilinin tamam olması münasibətilə AFFA rəhbərliyi adından təbrik olunub.