"Qarabağ" postsovet məkanı klubları arasında yenidən liderdir
Azərbaycan çempionu “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pilləyə qalxıb.
Mediasport.az xəbər verir ki, dünyada 73-cü, Avropada 48-ci olan "köhlən atlar"ı Ukraynanın “Şaxtyor” klubu təqib edir.
"3-lüy"ü Moldovanın "Şerif" komandası tamamlayır.
Azərbaycanın reytinqdəki digər komandalarından “Sabah” 23-cü, “Neftçi” isə 26-cıdır.
Postsovet klublarının ilk “10-luğ”u
1. “Qarabağ” (Azərbaycan) – 145,5 xal, (dünyada 73-cü).
2. “Şaxtyor” (Donetsk, Ukrayna) – 144,5, (74).
3. “Şerif” (Moldova) - 99,5, (158).
4. “Pünik” (Ermənistan) – 85,5, (209).
5. “Dnepr-1” (Ukrayna) - 84,25, (215).
6. RFS (Latviya) – 83,5, (218).
7-8. “Riqa” (Latviya) – 82,5, (221).
7-8. “Zarya” (Ukrayna) – 82,5, (221).
9. “Panevejis” (Litva) – 70, (275).
10. “Vorskla” (Ukrayna) – 66,5, (306).
23. “Sabah” (Azərbaycan) – 55,5, (436).
26. “Neftçi” (Azərbaycan) – 53,75, (469).