Ramil Şeydayev haqda ŞOK İDDİA: O, AFFA-dan 1 milyon dollar alıb?

Ramil Şeydayev haqda ŞOK İDDİA: O, AFFA-dan 1 milyon dollar alıb?

“Düşünürəm ki, onun səhvi daha çox pul qazanmağa üstünlük verməsində oldu. Başa düşdüyüm qədər Azərbaycan pasportu üçün ona pul ödəyiblər. Təəssüf ki, Ramil Şeydayevin karyerası alınmadı”.

Mediasport.az xəbər verir ki, bu sözləri Rusiyanın milli komandasının keçmiş futbolçusu Vladislav Radimov deyib.

“Zenit”in sabiq oyunçusu və 2011-2022-ci illərdə aşağı yaş komandalarında məşqçi olmuş mütəxəssis Peterburq təmsilçisinin heyətindən yaxşı tanıdığı Azərbaycan yığmasının üzvü haqqında maraqlı fikirlər səsləndirib.

O, hücumçunun Azərbaycan millisini seçməsi barədə bunları qeyd edib:

"Şeydayev həqiqətən də perspektiv vəd edirdi. Bu, tək mənim fikrim deyil. Aleksandr Qolovinin də oynadığı gəclər yığmasında Şeydayev bir nömrə idi. Avropa çempionatının qalibi oldu. Öz yaşındakı hücumçular arasında ən güclü hesab edilirdi. Keçidlərdən sonra çox geri düşdü. “Trabzonspor”, “Jilina”, “Qarabağ”... Bütün bunlar ona mane oldu. Şayiələrə görə, vətəndaşlığı dəyişməsi üçün 500 min dollardan 1 milyona qədər alıb”.

Xatırladaq ki, “Zenit”in yetirməsi olan Ramil Şeydayev Rusiyanın U-17 yığmasının hyətində 2013-cü ildə Avropa çempionu, 2015-ci ildə isə U-19-la qitə birinciliyinin finalçısı olub.

Daha sonra Azərbaycan pasportu verilən forvard 2016-cı ildən Azərbaycan yığmasında çıxış edir.