"Bəhramov kim idi ki, bütöv bir stadion onun şərəfinə adlandırılıb?”
“Abşeron yarımadasının cənub sahilində, Avropanın ən şərq paytaxtında, küləklər şəhəri Bakıda “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına stadion var. Bəs Bəhramov kim idi ki, bütöv bir stadion onun şərəfinə adlandırılıb?”
mediasport.az xəbər verir ki, bu cümlələri “Olimpiakos”un Korporativ Sosial məsələlər üzrə direktoru Nikos Qavalas "instagram" hesabında yazıb.
Yunanıstan klubunun rəsmisi Tofiq Bəhramov adına Respublika stadionunda çəkdirdiyi fotosunu paylaşaraq azərbaycanlı hakim haqqında paylaşım edib:
“Tofiq Bəhramov 1966-cı ildə Dünya çempionatının Almaniya - İngiltərə final oyununda adını tarixə yazdırıb. Final oyununda ingiltərəli futbolçu Ceff Herstin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. İndi Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun idarə etdiyi Dünya çempionatının final matçında Almaniyaya qarşı oyundakı yeganə qolun müəllifi Ceff Herst iştirak edib".