Avropa Liqasında püşk atılır

Avropa Liqasında püşk atılır

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

mediasport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.

Avropa Liqasında qrupu 2-ci bitirənlər: PSV (Niderland), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Nant" (Fransa), "Renn" (Fransa), "Union" (Berlin, Almaniya), "Midtüllan" (Danimarka), "Monako" (Fransa)

Çempionlar Liqasında qrupu 3-cü sırada bitirənlər: "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zalsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya).