Belçikalı futbolçu Azərbaycan klubunda oynayacaq - RƏSMİ
![Belçikalı futbolçu Azərbaycan klubunda oynayacaq - RƏSMİ](https://mediasport.az/uploads/images/202502/image_750x_67a44501d711e.jpg)
"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb.
27 yaşlı oyunçu son olaraq Moldovada "Şerif"də çıxış edib.
Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib.
Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.