"Sabah" və "Qəbələ"nin sabiq üzvü 29 yaşında karyerasını bitirdi
"Sabah" və "Qəbələ"nin sabiq futbolçusu Zurab Oçiqava karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, gürcü əsilli ukraynalı məşqçiliyə başlamağa hazırlaşır.
29 yaşlı müdafiəçi bu haqda məlumat paylaşıb. 2024-cü ilin yayında "Qəbələ"dən ayrılmış Oçiqava qərarı çətinliklə verdiyini açıqlayıb:
"Karyeramı erkən bitirmək həm də məşqçilik yoluna erkən başlanğıcdır. Bəzən çətin qərarlar qəbul etməli olursan”.
O, karyerasının ən uğurlu dönəmini "Sabah"da keçirdiyini qeyd edib:
“Sabah”dakı dövr, şübhəsiz ki, əcnəbi karyeramın ən yaxşısı idi. Bu klub mənə çox şey verdi, buna görə minnətdaram”.
Qeyd edək ki, Zurab Oçiqava 2021-ci ilin əvvəlindən 2023-cü ilin yayınadək “Sabah”da, 2023-24 mövsümündə isə “Qəbələ”də oynayıb.