Millimizin Avropa çempionatı rəqibləri: Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya...
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Mediasport.az xəbər verir ki, B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.
Avropa çempionatının final mərhələsi 2027-ci ildə Serbiya və Albaniyada təşkil olunacaq.