Millimizin Xorvatiya və Türkiyə ilə matçlarının vaxtları açıqlandı

Millimizin Xorvatiya və Türkiyə ilə matçlarının vaxtları açıqlandı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, 7-ci qrupda yer alan yığma ilk matçını martın 26-da Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

U-19 martın 27-də, saat 22:00-da Xorvatiya, iki gün sonra saat 19:00-da Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.