AVRO-2025: Azərbaycan millisi səfərdə Belçika yığmasına qarşı
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, Evrən Alkayanın baş məşqçisi olduğu yığmamız səfərdə Belçika millisi ilə qarşılaşacaq.
Bakı vaxtilə 23:15-də başlanacaq C qrupunun görüşü "COREtec Dome" arenasında təşkil ediləcək.
Xatırladaq ki, qrupun ilk matçında Belçika basketbolçuları seçməmizə böyük hesabla qalib gəliblər (136:28).
Komandamız növbəti görüşünü fevralın 9-da Bakıda Polşaya qarşı keçirəcək.