Azərbaycan yığması Latviya açıq çempionatında iştirak edəcək
![Azərbaycan yığması Latviya açıq çempionatında iştirak edəcək](https://mediasport.az/uploads/images/202502/image_750x_67a47ca7bb063.jpg)
Çimərlik voleybolu üzrə oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, yığma bu gün yarışın keçiriləcəyi Riqa şəhərinə yola düşüb.
Çimərlik voleybolçuları burada latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək təlim-məşq toplanışı keçəcəklər.