Miodraq Bojoviç: "Futbolçular fərdi səhvlər, top itkiləri edirlər" - VİDEO

Miodraq Bojoviç: "Futbolçular fərdi səhvlər, top itkiləri edirlər" - VİDEO

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Türkiyədə Almaniya 3-cü Bundesliqa klubu "Valdhof"a qarşı keçirdikləri yoxlama oyunundan sonra (0:3) fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, o, "ağ-qaralar"ın telekanalına açıqlamasında bunları deyib:

"Çoxlu fiziki yüklənmə var idi. Hazırlıq baxımında ümumi danışsaq, düşünürəm ki, yaxşı hazırlıq oldu. Amma yoldaşlıq oyununda pis oynayaraq uduzduq. Futbolçuların performansından razıyam. Çox çalışırdılar, yaxşı işləyirdilər. Komandada yorğunluq var. Bu da oyunda özünü əks etdirir və futbolçular fərdi səhvlər, top itkiləri edirlər".

Xatırladaq ki, paytaxt təmsilçisi daha əvvəl Türkiyənin "Erzurumspor" klubuna 1:3 hesabı ilə uduzmuşdu.