Güləşçilərimiz "Zagreb Open"in ilk günündə 5 medal qazandılar
Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
70 kq çəki dərəcəsində Kənan Heybətov çempion olub.
İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.
Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.
“Zaqreb Open” fevralın 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.