"Zirə" Mərdəkanda, "Qarabağ" Bayılda - Azərbaycan Kuboku

"Zirə" Mərdəkanda, "Qarabağ" Bayılda - Azərbaycan Kuboku

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyunlar keçirilir.

Mediasport.az xəbər verir ki, son iki qarşılaşma bu gün baş tutacaq.

Kubokun son qalibi "Qarabağ" Bayılda meydana çıxacaq, "Zirə" isə Mərdəkanda oynayacaq.

Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i məğlub edib (2:0), "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.

Cavab görüşləri fevralın 27-28-də təşkil olunacaq.


Azərbaycan Kuboku. 1/4 final. İlk oyunlar


16:00. “Araz-Naxçıvan” - “Zirə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“Liv Bona Dea Arena”


18:30. “Səbail” - “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: İlham Əliyev

“ASCO Arena”