Azərbaycan çempionatında 1/4 final mərhələsinə yekun vuruldu

 Azərbaycan çempionatında 1/4 final mərhələsinə yekun vuruldu

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, cavab oyunları çərçivəsində 4 matç baş tutub.

İlk görüşlərdə məğlub olan kollektivlərdən yalnız “Qalaksi” revanş alıb və adını yarımfinala yazdırıb.

Digər iddialılar yollarına davam edirlər.

İlk yarımfinal görüşləri fevralın 12-də keçiriləcək.


Azərbaycan çempionatı. 1/4 final. Cavab oyunları


“Star Bakı” – “Zirə” 0:8 (İlk oyun – 1:7)

“Qalaksi” – “Sumqayıt” 8:4 (İlk oyun – 0:1)

“Göyçə” – “Aznur” 3:2 (İlk oyun – 3:6)

“Laçın” – “Birbaşa Bakı” 1:10 (İlk oyun – 0:13)


Yarımfinal

"Birbaşa Bakı" - "Qalaksi"

"Zirə" - "Aznur"