Ayxan Abbasovun "Şamaxı" ilə müqaviləsinin müddəti açıqlanıb

Ayxan Abbasovun "Şamaxı" ilə müqaviləsinin müddəti açıqlanıb

"Şamaxı"nın baş məşqçisi təyin olunan Ayxan Abbasovun müqavilə müddəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzalanıb.

O, bu postda Ramiz Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Ayxan Abbasov son olaraq "Turan Tovuz"da işləyib.