Vüsal İsgəndərli Azərbaycan yığmasının heyətindən çıxarılıb

 Vüsal İsgəndərli Azərbaycan yığmasının heyətindən çıxarılıb

Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli heyətdən çıxarılıb.

Mediasport.az xəbər verir ki, vinger ötən gün baş tutan məşqdə zədələnib.

Futbolçunun adı “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan yığması ilə keçiriləcək oyunun sifariş ərizəsinə salınmayıb.