Milli komandamızın rəqibləri və oyunlarının təqvimi müəyyənləşdi

Milli komandamızın rəqibləri və oyunlarının təqvimi müəyyənləşdi

Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq yığmamız Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Komandamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:


5 avqust, saat 20:00

Azərbaycan – İran


6 avqust, saat 18:00

Belarus – Azərbaycan


7 avqust, saat 16:30

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri